"Turan Tovuz"un "Traktor"la qarşılaşması baş tutmayacaq

“Turan Tovuz”un Türkiyə təlim-məşq toplanışı çərçivəsində “Traktor”la keçirməli olduğu yoxlama oyunu baş tutamayacaq.
“Mediasport” xəbər verir ki, qarşılaşma komandaların hazırlıq planındakı dəyişiklik və Tovuz klubundan asılı olmayan səbəblərdən keçirilməyəcək:
"Futbol ictimaiyyəti və azarkeşlərimizdən mövcud vəziyyəti anlayışla qarşılamalarını xahiş edirik”.
Qeyd edək ki, matç iyulun 29-da oynanılmalı idi.