"Zirə" 5 futbolçusu və azarkeşlərinə görə 1200 manat ziyana düşdü

 "Zirə" 5 futbolçusu və azarkeşlərinə görə 1200 manat ziyana düşdü

AFFA İntizam Komitəsi "Zirə"ni cərimələyib.

"Mediasport" xəbər verir ki, paytaxt klubu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Araz-Naxçıvan"la cavab görüşündə qeydə alınan neqativlərə görə ziyana düşüb.

Qarşılamada 5 futbolçusu sarı vərəqə alan Rəşad Sadıqovun komandası 700 manat ödəyəcək.

"Qartallar, həmçinin, cari mövsümdə ikinci dəfə azarkeşlərinin hakimlərin ünvanına təhqiramiz ifadələr işlətməsi səbəbindən 500 manat cəriməyə məruz qalıblar.