"Qarabağ"ın Çempionlar Liqasında uğuruna yalnız "Utrext" şərik oldu

"Qarabağ"ın Çempionlar Liqasında uğuruna yalnız "Utrext" şərik oldu

Avrokuboklarda pley-off mərhələsinin ilk oyunları başa çatıb.

"Mediasport" xəbər verir ki, təmsilçimiz "Qarabağ" və Niderland klubu "Utrext" müvafiq olaraq çıxış etdikləri Çempionlar Liqası və Avropa Liqasının yeni mövsümündə keçirdikləri 5 oyunun hamısında qələbə qazanıblar.

Azərbaycan çempionu qitənin bir nömrəli klub turnirində "Şelbörn" (2:0, 1:0) və "Şkendiya"nı hər iki oyunda (1:0, 5:1), pley-offda isə "Ferensvaroş"u ilk matçda üstələyib (3:1).

"Utrext" isə Avroliqada "Şerif"i (4:1, 3:1), "Servette"ni (2:1, 3:1) və pley-off raundunun ilk qarşılaşmasında "Jrinski"ni məğlub edib (3:1).