"Qarabağ" - "Sabah" matçı tarixdə ən çox qolun vurulduğu final oldu

"Qarabağ" - "Sabah" matçı tarixdə ən çox qolun vurulduğu final oldu

Azərbaycan kubokunun 2024/2025 mövsümünün finalında 5 qol vurulub.

"Mediasport" xəbər verir ki, “Sabah”ın “Qarabağ”a əlavə vaxtda 3:2 hesabı ilə qalib gəldiyi matç turnirin tarixinə düşüb.

Bu görüş əsas və əlavə vaxtında ən çox qol vurulan final oyunu olub. 1992-ci ildən keçirilən kubokun əvvəlki həlledici qarşılaşmalarında bu qədər qol vurulmayıb.

Bunadək ən məhsuldar finalda 4 qol qeydə alınıb. 2014/2015 mövsümündə “Qarabağ” “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, ümumilikdə 31 finalda 62 qol vurulub.