"Neftçi"dən ETİRAZ: “1 epizod, 2 qayda pozuntusu, 0 penalti”

“Neftçi” dünən Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Sabah”a qarşı keçirilən oyunda verilməyən penalti epizodunun videosunu yayımlayaraq etiraz edib.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" 30-cu dəqiqədə rəqibin cərimə meydançasında baş verən hadisələri “1 epizod, 2 qayda pozuntusu, 0 penalti” başlığı ilə paylaşıb.