RƏSMİ: "Neftçi" ilə oyundan öncə "Şamaxı"da yeni 2 məşqçi təyinatı

2025-26 mövsümünə bu gün "Neftçi" ilə səfər matçında start verəcək "Şamaxı"da 2 yeni məşqçi təyinatı gerçəkləşib.
"Mediasport" xəbər verir ki, məşqçi Anar Vəliyev və qapıçı hazırlığı üzrə köməkçi məşqçi Əyyub Əliyev əsas komandanın məşqçilər heyətində yer alacaq.
Xatırladaq ki, Premyer Liqanın 1-ci turunun "Neftçi" - "Şamaxı" oyunu bu gün saat 20:00-da "Neftçi Arena"da baş tutacaq.