Azarkeşləri "Neftçi"ni söyüşlərə görə 9700 manat ziyana saldı

Azarkeşləri "Neftçi"ni söyüşlərə görə 9700 manat ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda "Neftçi"nin ümumilikdə 9700 manat cərimələnməsi qərara alınıb.

Buna Misli Premyer Liqasının VIII turunda "Araz-Naxçıvan"la matçda (2:2) yaşananlar səbəb olub. "Ağ-qaralar" dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Meydan sahiblərinin azarkeşləri rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib ki, bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün kluba 6000 manat cərimə tətbiq edilib.

Bundan əlavə, fanatlar rəqib oyunçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirdiyinə görə "Neftçi" 3000 manat ziyana düşüb.