"Zərbəm dəqiq alındı deyə daha da baxımlı oldu" - Turan Manafov

 "Zərbəm dəqiq alındı deyə daha da baxımlı oldu" - Turan Manafov

"Seçimdə mənə üstünlük verənlərə təşəkkür edirəm. Həmin qoldan sonra sosial şəbəkələrdə azarkeşlərdən də təbriklər alırdım".

Mediasport.com.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) "Ayın qolu" layihəsində qalib olan "Kəpəz"in müdafiəçisi Turan Manafov deyib.

Cinah futbolçusu Gəncə klubunun mətbuat xidmətinə açıqlamasında seçim təəssüratlarını bölüşüb:

"Dəyər verən hər kəsə minnətdaram. Zərbəm dəqiq alındı deyə daha da baxımlı oldu. Mənim üçün əsas olan komandanın qələbəsi, uğurudur.

Uduzsaydıq, qolun ən yaxşı seçilməyinin bir mənası olmayacaqdı. Növbəti oyunlara, qələbələrə hazırlaşırıq. Klubumuz, azarkeşlərimiz üçün yaxşı nəticələr qazanmağa çalışacağıq".

Xatırladaq ki, Manafovun iki qol vurduğu matçda komandası "Turan Tovuz"u 5:2 məğlub etmişdi.