Qəbələdə 5 qol: "İmişli" qazandı
Premyer Liqada yeni mövsümə hazırlaşan "Sumqayıt" və "İmişli" klubları yoxlama matçında üz-üzə gəliblər.
"Mediasport" xəbər verir ki, Qəbələdə baş tutan görüşdə qapılara 5 top vurulub.
Aranlılar qələbə qazanıblar - 4:1.
Qeyd edək ki, "Sumqayıt" daha öncə "Qəbələ" (1:1) və "Kəpəz"lə (0:0) heç-heçə edib, "Şamaxı"ya 2:0 hesabı ilə qalib gəlib.
"İmişli" isə "Şəfa" (2:2), “Araz Naxçıvan”(2:2), "Karvan-Yevlax" (1:1) və "Qəbələ" ilə bərabərə qalıb, “Qarabağ-2”ni məğlub edib (5:1).


