DİQQƏT! "Qarabağ" - "Şkendiya" oyununun biletləri satışa çıxarılır

DİQQƏT! "Qarabağ" - "Şkendiya" oyununun biletləri satışa çıxarılır

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya" ilə qarşılaşacaq.

"Mediasport" xəbər verir ki, "köhlən atlar"ın Şimali Makedoniya təmsilçisi ilə Bakıda keçiriləcək cavab oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

"VVIP C" və "VVIP D" sektorlarına bilet alaraq, "VIP Lounge" üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Oyunu stadiondan canlı izləmək istəyən azarkeşlər biletləri iTicket.az-ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), "Qarabağ"ın Park Bulvardakı fanşopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Xatırladaq ki, bu gün Skopyedə keçiriləcək "Şkendiya" - "Qarabağ" matçı 22:00-da start götürəcək.