Bakı səfəri öncəsi "cırtdan ölkə"nin yığmasını 3 qolla məğlub etdilər
UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan millisinin rəqibi Litva yığması Bakı səfəriöncəsi yoldaşlıq oyunu keçirib.
"Mediasport" xəbər verir ki, Edqaras Yankasuasın komandası doğma meydanda Andorra futbolçularını qəbul ediblər.
Darius və Girenas adına stadionda baş tutan matç baltikalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Azərbaycan - Litva qarşılaşması oktyabrın 4-də 8-ci kilometr stadionunda reallaşacaq.
Komandamız sentyabrın 25-də Litvada rəqibi ilə bərabərə qalıb (1:1).

