"Liderliyə və çempionluğa layiq olduğumuzu sübut etməliyik"

“Çox vacib oyun idi. Baxmayaraq ki, rəqibdən 9 xal qabaqda idik, hər oyunda liderliyə və çempionluğa layiq olduğumuzu sübut etməliyik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Çxadadze deyib.
Azərbaycan 1-ci Liqasında liderlik edən bölgə təmsilçisinin çalışdırıcısı 16-cı turun "Karvan"la görüşü haqda danışıb.
Gürcü mütəxəssis Premyer Liqaya çempion kimi vəsiqə qazanmaq istədiklərini bildirib:
"Oyuna başlayanda həyəcanlı idik. İlk yarıda istədiyimizi əldə edə bilmədik. İkinci yarıda isə bu problemin öhdəsindən gəlməyi bacardıq. İkinci hissədə daha çox hücum qurduq və bunun nəticəsini də gördük.
İlk qolumuzu standart vəziyyətdən vurduq. Hansı ki, bunun da üzərində çox çalışırıq. Daha sonra ehtiyatdan meydana buraxdığımız oyunçuların da dinamikası ilə hücumlarımız daha keyfiyyətli oldu.
Abdullahi Şuaybunun pressinq nəticəsində topu qazanmasından sonra ikinci qolu da vurduq. Bütün oyunçularımdan razıyam, onlara çox sağ ol deyirəm. Onlar birinci yerə layiq olduqları üçün burdadılar”.
Xatırladaq ki, "Qəbələ" çempionatda 42 xalla 1-ci pillədə qərarlaşıb.