Daha bir bölgənin komandası ev oyunlarını Bakıda keçirəcək

Daha bir bölgənin komandası ev oyunlarını Bakıda keçirəcək

Ağsu şəhər stadionu təmirə bağlanıb.

"Mediasport" xəbər verir ki, bu səbəbdən meydan sahibi olan 1-ci liqa klubu "Difai” çempionat rəqiblərini Bakıda qəbul edəcək.

Klub ev qarşılaşmalarını Buzovna qəsəbə stadionunda keçirmək üçün Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

“Baku Sportinq” klubunun razılıq məktubu və stadiondan istifadə ilə bağlı ikitərəfli müqaviləni əsas götürən PFL “Difai”nin I Liqanın 21-ci turundan etibarən mövsümün sonuna qədər ev oyunlarını Buzovna qəsəbə stadionunda keçirməsinə qərar verib.