Yığmamızın müdafiəçisi Cənubi Koreyada 75-ci oyununu keçirdi

Yığmamızın müdafiəçisi Cənubi Koreyada 75-ci oyununu keçirdi

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyanın 1-ci Liqasında növbəti oyununa çıxıb.

"Mediasport" xəbər verir ki, müdafiəçinin formasını geyindiyi "Daejon" 22-ci tur çərçivəsində “Qanqvon”un qonağı olub.

Antonun 90 dəqiqə meydanda olduğu qarşılaşmada komandası üstünlüyü əldən verərək heç-heçəyə razılaşıb - 2:2.

Xal ehtiyatını 36-ya çatdıran futbolçumuzun komandası turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Lider "Yonbuk"un 48 xalı var.

Xatırladaq ki, "Daejon"da 2023-cü ildən çıxış edən Krivotsyuk burada 75 oyun keçirib, 3 qol, 2 assist edib.