"Sabah" 60-cı dəqiqədən sonra "Barselona"dan 7 qol buraxdı

"Sabah" 60-cı dəqiqədən sonra "Barselona"dan 7 qol buraxdı

UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsilçimiz "Sabah"ın U-19 komandası Gənclər Liqasında növbəti matçına çıxıb.

"Mediasport" xəbər verir ki, komandamız Bakıda İspaniyanın "Barselona" klubundan olan həmyaşıdları ilə qarşılaşıb.

Masazır stadionunda baş tutan görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 7:0.

Kataloniyalılar bütün qolları 60-cı dəqiqədən sonra vurublar.

İlk hissədə "Sabah"ın nigeriyalı futbolçusu Ayomide Emmanuel Bakare qırmızı vərəq alıb.

Xatırladaq ki, "bayquşlar" turnirdə əvvəlki 4 oyunun hamısında uduzublar və 0 xalla sonuncu - 36-cı sırada qərarlaşıblar.