AFFA Region Liqasının final matçının keçiriləcəyi yer dəqiqləşdi
AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün final və 3-cü yer uğrunda oyununun yeri və başlanma saatı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, həlledici matçlar mayın 18-də Şamaxıda təşkil olunacaq.
"Biləsuvar" və "Şəfəq" arasında saat 11:0-da III yer uğrunda qarşılaşma keçiriləcək.
Final oyunu isə saat 16:00-da "Zəngəzur"la "Marafon" kollektivləri arasında baş tutacaq.
Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq.
