"Qarabağ"ın oyununda 8 qol oldu
"Qarabağ" Avstriyada ilk yoxlama oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, Qurban Qurbanovun komandası "Xarkov"la (Ukrayna) qarşılaşıb.
Matç rəqibin qələbəsi ilə yekunlaşıb - 6:2.
Ağdam təmsilçisi saat 19:30-da növbəti yoxlama sınağında "Ferensvaroş"la (Macarıstan) üz-üzə gələcək.
Xatırladaq ki, "atlılar" Avstriya toplanışı çərçivəsində baş tutan ilk yoxlama görüşündə "Tirol"a qalib gəliblər (4:0).


