"Qarabağ"a layiqli futbolçu olmaq üçün gəlmişəm" - Videoaçıqlama

"Qarabağ"a layiqli futbolçu olmaq üçün gəlmişəm" - Videoaçıqlama

"Yaxşı oyun alındı. Qələbə qazandığımız üçün sevinirəm. Belə başlanğıc əladır".

Bu sözləri "Mediasport"a açıqlamasında "Qarabağ"ın yeni transferi Renaldo Sefas deyib.

Yamaykalı vinger Ağdam klubunun heyətində rəsmi matçda debütü və vurduğu qoldan da danışıb:

"Qalib gəlmək istəyiridk və məqsədimizə çatdıq. Avrokuboklarda asan oyun olmur. Komanda şəklində hamımız birlikdə çalışdıq ki, qələbə qazanaq.

Qol vurmağıma gəlincə, buna görə şadam. Ancaq kimin fərqlənməsinin elə də fərqi yoxdur, əsas odur lazım olan nəticəni əldə edək.

"Qarabağ"a layiqli futbolçu olmaq üçün gəlmişəm. İnanıram ki, ümidləri doğrulda biləcəyəm".

Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında İslandiyanın "Vestri" klubuna Bakıda 3:0 hesabı ilə qalib gəlib.

https://www.youtube.com/shorts/7n5TjfWsj0I