"Qarabağ"ın "Zirə" ilə oyununun biletləri satışa çıxarılır

Aprelin 6-da Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Zirə” oyununun biletləri satışa çıxarılır.
"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 12:00-dan etibarən əldə edə bilərlər.
Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.
Biletlər sabah saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Tofiq bəhramov adına Respubika stadionunda baş tutacaq görüş saat 19:30-da başlanacaq.