"Səbail" qələbə ilə başladı, "Şimal" "Şəfa"ya məğlub oldu - 1-ci Liqa

"Səbail" qələbə ilə başladı, "Şimal" "Şəfa"ya məğlub oldu - 1-ci Liqa

Azərbaycan 1-ci Liqasında 1-ci turun oyunları davam edir.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma keçirilib.

"Şimal" Binədə "Şəfa"ya uduzub (0:2).

Ötən mövsümün nəticələrinə görə, Premyer Liqadan 1-ci Liqaya yuvarlanan "Səbail" "Mingəçevir"i üstələyib (2:0).

Tura bu gün keçiriləcək "Baku Sportinq" - "Difai" oyunu ilə yekun vurulacaq.

Birinci oyun günündə "Şahdağ Qusar" MOİK-i (2:1), "Zaqatala" "Cəbrayıl"ı (1:0) məğlub edib.

Azərbaycan 1-ci Liqası. 1-ci tur

"Şəfa" - "Şimal" 2:0

Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Mirnihat Seyidov, Əkbər Əhmədov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Yavər Rəhimov

Binə qəsəbə stadionu.

"Səbail" - "Mingəçevir" 2:0

Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Murad Səlimov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldar Məmmədov

"ASCO Arena".