"Qarabağ"a qarşı oynamaq çətin idi" - "Çelsi"nin baş məşqçisi

 "Qarabağ"a qarşı oynamaq çətin idi" - "Çelsi"nin baş məşqçisi

"Oyuna düzgün başladıq, qol vurduq. Amma sonradan qollar buraxdıq. Özü də rəqib qol vuranda meydanda 10 nəfər idilər. Müəyyən dəyişikliklərə əl atdıq. Heyətimiz genişdir və istəyirik ki, hər bir futbolçu şans qazansın. Bəzi futbolçuların da istirahətə ehtiyacı var. Sıx təqvimdəyik və rotasiyalar etməyə məcburuq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Enso Mareska deyib.

İngiltərə klubunun italyan çalışdırıcısı UEFA Çempinlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Qarabağ"la görüş haqda danışıb, 2:2 hesablı bərabərliyi şərh edib.


Heyətdə dəyişiklik nə ilə bağlı idi?

- Çünki qalib gəlmək niyyətindəydik. Buraxılan qollara reaksiya verdik. Fasilədən sonra daha yaxşı idik.

"Qarabağ"dan gözlədiyiniz performansı gördünüz?

- "Qarabağ" çox gözəl oynayır. Möhtəşəm işlər görürlər. "Qarabağ"a qarşı oynamaq çətin idi.

Buraxdığınız qollar haqda nə deyə bilərsiniz?

- Hardasa səfeh qollar oldu. Biz daha ehtiyatlı oynamalıydıq. Çox diqqətli olmalıydıq.

Öncədən desəydilər ki, matç 2:2 bitəcək, nə reaksiya verərdiniz?

- Belə olmasını istəməzdik. Bir xal qazandıq. Bundan sonrakı oyunlar üçün bərpa olunmalıyıq. Çempionlar Liqasında hər şey mümkündür.

 "Qarabağ" azarkeşləri üçün hansı fikirdəsiz?

- Stadionda əla atmofer yaranmışdı.

Hətta Premyer Liqada görüşlərində də topa sahib olanda istənilən kimi oynamırsız. Bu problemi necə aradan qaldıracaqsız?

- Bizdə topa sahib olmaqla bağlı problem olduğunu düşünmürəm. Sadəcə "Qarabağ" çox yaxşı pressinq etməyi bacardı.