"Qarabağ"a qarşı tərbiyəsizlik edən "Sabah"ın məşqçisi cəzalandırıldı

"Qarabağ"a qarşı tərbiyəsizlik edən "Sabah"ın məşqçisi cəzalandırıldı

Azərbaycan Premyer Liqasının 22-ci turunda "Qarabağ"ın texniki heyətinə qarşı tərbiyəsizlik edən "Sabah"ın məşqçisi Valerio Zuddas cəzalandırılıb.

"Mediasport" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

İtalyan mütəxəssisə 7 oyunluq cəza verilib. "Sabah" ona görə 15000 manat cərimə ödəyəcək.

AFFA İK meydan sahibləri barəsində daha ağır qərarlar verib.

Belə ki, "Qarabağ"ın məşqçiləri - Müşfiq Hüseynov və Zaur Tağızadə kütləvi davada iştirak etdiyinə görə hər biri 6 oyunluq cəza alıb.

Ağdam klubu buna görə 12 000 manat ziyana düşüb.