Read Səmədovdan BƏƏ-dəki dünya çempionatında bürünc medal
Azərbaycan şahmatçısı Read Səmədov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən rapid və blits üzrə gənclər arasında (U-20) dünya çempionatında bürünc medal qazanıb.
Bu barədə "Mediasport"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
O, rapid üzrə 9 turda 7 xal toplayıb. Təmsilçimiz liderdən yarım xal geri qalıb.
Digər şahmatçımız Şiroğlan Talıbov 6,5 xalla 8-ci yeri tutub.
Yarışda ümumilikdə turnirdə 91 şahmatçı mübarizə aparır.
Bu gün və sabah blits üzrə yarışlar keçiriləcək.

