"Qarabağ"ı Çempionlar Liqasında dəstəkləməkdən qürur duyuruq"

 "Qarabağ"ı Çempionlar Liqasında dəstəkləməkdən qürur duyuruq"

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergüs Old “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı mübarizəsi ilə bağlı paylaşım edib.

"Mediasport" xəbər verir ki, diplomat Azərbaycan təmsilçisini dəstəklədiyi üçün fəxr etdiyini yazıb.

Səfir Ağdam klubunun əzmkarlıq və bacarıq nümayiş etdirdiyini vurğulayıb:

 "Liverpul" ilə oyunun nəticəsindən asılı olmayaraq, əzmkarlığı və bacarığı sayəsində "Qarabağ" növbəti mərhələdə yerini qazandı.

Bu klubu Çempionlar Liqasında dəstəkləməkdən qürur duyuruq".

Xatırladaq ki, "Qarabağ" Azərbaycan futbolunda daha bir tarix yazaraq UEFA Çempionlar Liqasında pley-offa yüksəlib.