Premyer Liqaya qayıdan komanda braziliyalı müdafiəçi transfer etdi

Uzun illərdən sonra Premyer Liqaya qayıdan "İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, Aran təmsilçisi Rafael Ferreyra Vieqasla müqavilə bağlayıb.
Son olaraq Portuqaliyanın 3-cü Liqasında "San Juan di Ver" komandasında forma geyinmiş braziliyalı müdafiəçini Azərbaycana bölgə klubunun yeni baş məşqçisi Jorje Kaskilya dəvət edib.
"Sambaçı" altı ay əvvəl Çexiyanın 3-cü liqa klubu "Znoymo"da məhz portuqaliyalının rəhbərliyi altında oynayıb.
31 yaşlı cənubi amerikalı karyerası ərzində vətənində "Real Braziliya", Portuqaliyada "Aqda", "Vizela", "Şaviş", "Salgeyruş", "Felgeyraş" və "Vilaverdense" klublarının oyunçusu olub.
Vieqas 2022/2023-cü illər mövsümündə 3-cü Liqada "Felgeyraş"ın heyətində mövsümün ən yaxşı müdafiəçisi seçilib.