RƏSMİLƏŞDİ: Çempion komanda ev oyunlarını Xankəndidə keçirəcək
Futbolü zrə Azərbaycan 1-ci Liqasında debüt edəcək "Xankəndi” Futbol Klubunun ev oyunlarını Xankəndi şəhər stadionunda keçirəcəyi rəsmiləşib.
"Mediasport" xəbər verir ki, bununla bağlı klubla Gənclər və İdman Nazirliyi arasında müvafiq müqavilə imzalanıb.
Bildirilib ki, bu qərar klubun inkişafında mühüm mərhələ olmaqla yanaşı, Xankəndidə idman həyatının daha da canlanmasına töhfə verəcək.
Xatırladaq ki, "Xankəndi" 2024/2025-ci illər mövsümündə 2-ci liqada Azərbaycan çempionu olub.


