"Ayaks"ın ÇL-in Liqa mərhələsində oynayan yetirməsi "Qarabağ"da?
"Qarabağ" 2025-ci ildən Kiprin "Pafos" klubunun qapıçısı olan Cey Qorteri transfer etmək istəyir.
"Mediasport" xəbər verir ki, Ağdam klubu 25 yaşlı qolkiper üçün qarşı tərəfə müraciət edib.
"Atlılar"ın Kipr təmsilçisinə rəsmi təklif göndərdiyi bildirilir. Xatırladaq ki, "Ayaks"ın yetirməsi ilə Niderland klubları da maraqlanır.
O, "Pafos"da bu mövsüm Çempionlar Liqasının iki oyununda forma geyinib. Liqa mərhələsində "Çelsi" ilə səfər (0:1), "Slaviya" (Praqa) ilə ev (1:4) qarşılaşmasında 90 dəqiqə meydanda olub.
