"Qarabağ"ın oyununu İtaliya A Seriyasının hakimi idarə edəcək
"Qarabağ"ın iyulun 23-də UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakıda keçirəcəyi ÇSKA (Sofiya) ilə matçın hakimləri açıqlanıb.
"Mediasport" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Daniele Çiffi, yan xətdə Covanni Baççini və Alessandro Lo Çiçero olacaqlar.
Dördüncü hakim funksiyasını Daniele Perentsoni yerinə yetirəcək.
VAR-da Valeryo Marini, AVAR-da isə Federiko La Penna əyləşəcək.
Qarşılaşma saat 220:00-da start götürəcək.


