AFFA-nın baş katibi Fransada Elxan Məmmədovla görüş keçirdi

AFFA-nın baş katibi Fransada Elxan Məmmədovla görüş keçirdi

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.

"Mediasport" xəbər verir ki, Fərəcullayev FİFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib.

O, tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Maruan Gava, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.

Görüşlərdə ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub.

Eyni zamanda baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.