Azərbaycan millisi ikinci dəfə İraq yığması ilə qarşılaşır - Yenilənir

Azərbaycan millisi ikinci dəfə İraq yığması ilə qarşılaşır - Yenilənir

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millsi bu gün Bakıda ikinci yoldaşlıq oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 16:00-da başlanacaq.

Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtda yerləşən "SOCAR Polymer Arena"da baş tutan matçda qapılara top vurulmayıb.