Azərbaycandan ayrılıb Əlcəzair klubu ilə müqavilə bağladı
“Şamaxı”dan ayrılan Alfonso Msanqanın yeni klubu müəyyənləşib.
"Mediasport" xəbər verir ki, tanzaniyalı yarımmüdafiəçi karyerasını Əlcəzairdə davam etdirəcək.
23 yaşlı futbolçu ölkənin nüfuzlu klublarından “Kabilie” ilə müqavilə imzalayıb.
Tərəflər arasında 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, Msanqa "Şamaxı"da ötən ilin yanvarından forma geyinirdi.


