"Qarabağ"ın bütün ev oyunlarına 210 mindən çox bilet satılıb

"Qarabağ"ın bütün ev oyunlarına 210 mindən çox bilet satılıb

“Qarabağ” 2024/2025-ci illər mövsümündə ev oyunları üçün ümumilikdə 200-mindən çox bilet satıb.

"Mediasport" xəbər verir ki, bu barədə məlumat Ağdam klubunun ilk dəfə açıqladığı Dayanıqlılıq Hesabatında əks olunub.

Hesabata əsasən, klubun ötən mövsüm keçirdiyi matçlara 210 min 670 bilet satılıb.

Bunun 177 min 670-i UEFA Çempionlar Liqası və Avropa Liqasının, 33 000-i isə daxili yarışların payına düşür.