2-ci Bundesliqa: Mahir Emrelinin komandası "Şalke" ilə qarşılaşır

2-ci Bundesliqa: Mahir Emrelinin komandası "Şalke" ilə qarşılaşır

Azərbaycanlı futbolçu Mahir Emrelinin komandası "Kayzserslautern" 2-ci Bundesliqada növbəti oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, milli komandamızın üzvünün komandası 2-ci tur çərçivəsində "Şalke" ilə qarşılaşacaq.

"Kayzerslautern" - "Şalke" matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Xatırladaq ki, Mahirin komandası mövsümə səfərdə "Hannover"ə 0:1 məğlub olmaqla, "Şalke" "Herta"ya 2:1 hesabı ilə qalib gəlməklə başlayıb.