"Çalışacağıq ki, sabah yaxşı oyunla uğurlu nəticə əldə edək"

"Çalışacağıq ki, sabah yaxşı oyunla uğurlu nəticə əldə edək"

"Baş məşqçimizin dediyi kimi, dünyanın ən gözəl stadionlarından birində və güclü komandaya qarşı oynayacağıq. Bu bizim üçün bir şərəfdir".

"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç deyib.

Monteneqrolu yarımmüdafiəçi sabah Çempionlar Liqası çərçivəsində "Enfild" stadionunda keçiriləcək "Liverpul" - "Qarabağ" oyunundan əvvəl baş tutan mətbuat konfransında iştirak edib.

O, sabah yaxşı oyun göstərməyə çalışacaqlarını bildirib:

"Burada olduğumuz üçün xoşbəxtik. Əlbəttə ki, rəqib komandaya hörmətimiz var.

Onlar evdə çıxış edirlər, biz isə qonağıq. Çalışacağıq ki, sabah yaxşı oyunla uğurlu nəticə əldə edək".