Elçin Məsiyev PSJ ilə "Tottenhem" arasında baş tutacaq UEFA Superkubok matçına təyinat aldı

FİFA hakimi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.
"Mediasport" xəbər verir ki, referi UEFA Superkubokunda iş başında olacaq.
O, PSJ (Fransa) - “Tottenhem” (İngiltərə) qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Avqustun 13-də İtaliyanın Udine şəhərindəki “Fruili” stadionunda keçiriləcək oyunu portuqaliyalı Joau Pedru Silva Pineyru idarə edəcək.