“Qarabağ”ın forması ilə ilk oyuna çıxmaq şərəfinə nail oldum"

“Qarabağ”ın forması ilə ilk oyuna çıxmaq şərəfinə nail oldum"

"Yaxşı başlanğıc! “Qarabağ”ın forması ilə ilk oyuna çıxmaq şərəfinə nail oldum.

"Mediasport" xəbər verir ki, bu fikirlər "Qarabağ"ın yeni transferi Pedro Bikalyoya məxsusdur.

Braziliyalı yarımmüdafiəçi sosial şəbəkə hesabında Ağdam klubunun heyətində rəsmi debütü ilə bağlı paylaşıb

"Sambaçı" UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbörn”lə səfər oyununu şərh edib:

"Ən əsası odur ki, möhtəşəm qələbə ilə başladıq. Komandama töhfə verməkdən və yeni yolda ilk addımı atmaqdan məmnunam. Biz diqqətimizi toplayıb çox çalışırıq və həmişə daha çoxunu istəyirik. Birlikdə irəliləyirik".

Qeyd edək ki, Azərbaycan çempionu İrlandiya klubuna səfərdə 3:0 hesabı ilə qalib gəlib.