Dünya çempionatı: Millimizin oyununu Yankoviç idarə edəcək

Dünya çempionatı: Millimizin oyununu Yankoviç idarə edəcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Macarıstanla qarşılaşacaq.

"Mediasport" xəbər verir ki, bu dueli Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Yığmamız iyunun 9-da Bitola şəhərində "Petar Miloşevski" stadionunda Şimali Makedoniya ilə üz-üzə gələcək.

Xatırladaq ki, Komandamız Şimali Makedoniya (2:0) və Andorradan (2:0, 3:1) üstün olub, Budapeştdə Macarıstana uduzub (0:1).


DÇ-2027. Seçmə mərhələ. C Liqası, 3-cü qrup. 5-ci tur


5 iyun

18:00 Azərbaycan (qadınlar) - Macarıstan

Baş hakim: Vanya Yankoviç

Baş hakimin köməkçiləri: Staşa Şpur, Helena Buh

Dördüncü hakim: Aleksandra Çesen

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.