"Neftçi" ilə oyunda qırmızı vərəqə alan Medinanın cəzası məlum oldu

"Neftçi" ilə oyunda qırmızı vərəqə alan Medinanın cəzası məlum oldu

“Qarabağ”ın futbolçusu Kevin Medinanın diskvalifikasiya müddəti müəyyənləşib.

"Mediasport" xəbər verir ki, kolumbiyalı müdafiəçini AFFA-nın İntizam Komitəsi cəzalandırıb.

Buna Medinanın Premyer Liqanın XXIII turunun “Neftçi” ilə səfər görüşündə qırmızı vərəqə alması səbəb olub.

Ağdam klubunun legioneri ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb.