"Sportinq"in yetirməsi rəsmən "Qarabağ"da - 3 illik müqavilə
"Qarabağ" növbəti transferini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.
24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, Ağdam təmsilçisində 28 nömrəli formanı geyinəcək.
2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq.
Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib.
O, karyerası ərzində həmçinin “Famalikao”, B-SAD və “Tondela” klublarında da çıxış edib.
Qeyd edək ki, Samuel Lobato yay transfer pəncərəsində "Qarabağ"a qoşulan üçüncü futbolçudur.
Onadək Jali Mauddib və Zakaria Savonun keçidi baş tutub.


