Bölgə komandası məşqçilər korpusu ilə yollarını ayırdı - RƏSMİ
1-ci Liqada yarışan "Şahdağ Qusar" baş məşqçisi Elnur Abdullayevlə yollarını ayırıb.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi köməkçi-məşqçilər Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə də vidalaşıb.
Qusar klubu mütəxəssislərlə başa çatan müqavilənin müddətini uzatmayıb.
Ötən mövsüm 2-ci Liqada çempion olan "Şahdağ" 2025/2026 sezonunu 43 xalla 5-ci pillədə bitirib.



