"Qubada futbol qapılarının biri digərindən 11 sm hündür imiş"

 "Qubada futbol qapılarının biri digərindən 11 sm hündür imiş"

"Çətin oyun olacağını bilirdik. Futbolçularımız çox əziyyət çəkdilər. Oyunun gedişatına baxsaq, hər iki komanda bir xalı haqq edirdi".

"Mediasport" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssi Premyer Liqanın 21-ci turunun "İmişli" ilə səfər matçı (0:0) haqda danışıb:

- Sevindirici haldır ki, iki oyundur qol buraxmırıq. İkinci dövrənin bitməsinə 1 oyun qalıb. Kritik oyunlar var, kubok görüşləri var. İlin əvvəlində futbolçularımdan istəyim olmuşdu ki, hər kəs karyerasını gözünün önünə gətirsin, pik nöqtəsinə çatsın.

Məsələn, kimsə 7 qol vurubsa, 9 qol vursun. Ya da oyun sayını çoxaltsın. Bəzi futbolçularımız karyerasında ən yaxşı dövründədir.

Kubokda iddialıyıq, hədəflərimiz var. Davam etmək istəyirik. Rəqibimiz güclüdür, çətin olacaq. Amma birinci oyundakı nəticə bizə fürsət verir ki, mübarizə aparaq. Futbolçularımda hədəf və hirs var. Sona qədər bunu çatdırmaq lazımdır.

Kubokda ilk "altılıq"da olmayan komandalar da yer alıb. "Qəbələ"nin də, bizim də şansımız var. Çox istəyərdim ki, beşlikdə olmayan komandalardan kubokda irəliləyənlər olsun, daha maraqlı alınsın.

A.Abbasov Quba Olimpiya Kompleksinin meydançasının durumu bunları qeyd edib:

- Məncə, son oyundakı məsələlərdən sonra nəsə danışmaq yersizdir. Hər şey deyilib də, mən əlavə nə deyim ki? Sadəcə, sevindirici haldır ki, bir problemi də biz həll etdik. Sən demə, futbol qapılarının biri digərindən 11 sm hündür imiş. Bu gü gün xeyrimiz dəydi ki, qapılar standart oldu.