Azərbaycan yığması Baranoviçidə Belarusla üz-üzə - YENİLƏNİR

Belarusda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoldaşlıq görüşünə çıxacaq.
“Mediasport” xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv yerli yığma ilə üz-üzə gələcək.
Baranoviçi şəhər stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Komandamız ikinci yoldaşlıq oyununu iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro futbolçularına qarşı keçirəcək.