Avroliqa: "Qarabağ"ın III raundda mümkün rəqibləri müəyyənləşdi
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Qarabağ"ın III təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşib.
"Mediasport" xəbər verir ki, II raundda ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq Ağdam klubunun mümkün rəqibləri bu gün baş tutacaq püşkatmada açıqlanacaq.
Təmsilçimiz 2-ci təsnifatı uğurla keçsə, səpələnmişlər sırasında yer alacaq və "Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi, həmçinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) və “Fənərbaxça” (Türkiyə) – “Qurnik” (Polşa) cütlərinin məğlublarından biri ilə üz-üzə gələcək.
Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.


