Millimiz Gürcüstan yığması ilə iki yoxlama matçında üz-üzə gələcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.
"Mediasport" xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu nda gücünü sınayacaq.
Qarşılaşmalar fevralın 6-da və 9-da baş tutacaq.
Hər iki görüş Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında keçiriləcək.
