"Qarabağ"ın Gənclər Liqasında mümkün rəqibləri müəyyənləşdi

"Qarabağ"ın Gənclər Liqasında mümkün rəqibləri müəyyənləşdi

UEFA Gənclər Liqasında mübarizə aparacaq "Qarabağ"ın U-19 komandasının 3-cü təsnifat mərhələsində mümkün rəqibləri məlum olub.

"Mediasport" xəbər verir ki, Rəşad Sadiqovun komandası 2-ci raundu uğurla keçərsə, növbəti etapda “Benfika” (Portuqaliya) – “Pafos” (Kipr) cütünün güclüsü ilə qarşılaşacaq.

Xatırladaq ki, U-19 ikinci mərhələdə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə üz-üzə gələcək.

Təmsilçimiz ilk görüşünü oktyabrın 28-də Bakıda, cavab oyununu isə noyabrın 4-də Xorvatiyada keçirəcək.