Millimiz Beynəlxalq İnkişaf Turnirində Özbəkistana da uduzdu

Millimiz Beynəlxalq İnkişaf Turnirində Özbəkistana da uduzdu

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirində ikinci matçına çıxıb.

"Mediasport" xəbər verir ki, B qrupunda yer alan komandamız Özbəkistanın müvafiq yaş qrupundan ibarət futbolçuları ilə qarşılaşıb.

Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında baş tutan görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Xatırladaq ki, yığmamız turnirin ilk matçında Rusiya komandasına böyük hesabla (1:7) uduzmuşdu.

U-18 qrupda son oyununu fevralın 21-də Belarus seçməsinə qarşı keçirəcək.