"Qarabağ"ın sabiq futbolçusu İsrail klubu ilə müqavilə bağladı

"Qarabağ"ın sabiq futbolçusu İsrail klubu ilə müqavilə bağladı

2020-2023-cü illərdə "Qarabağ"a məxsus olmuş Kvabena Ovusunun yeni klubu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, qanalı vinger karyerasını İsraildə davam etdirəcək.

28 yaşlı futbolçu "Makkabi" (Bney Reyne) ilə anlaşıb.

O, Premyer Liqa təmsilçisi ilə mövsümün sonunadəkl müddəti əhatə edəcək müqavilə bağlayıb.

Xatırladaq ki, Ovusu Ağdam klubunun heyətində 42 oyuna 11 qolla yadda qalıb.