Azərbaycanda oynamış daha bir futbolçu Ermənistana üz tutdu
Azərbaycanda oynamış daha bir futbolçu karyerasını Ermənistanda davam etdirəcək.
"Mediasport" xəbər verir ki, “Araz-Naxçıvan”ın sabiq futbolçusu Bernardo Oliveyra bu ölkəyə yollanıb.
2024/2025-ci illər mövsmünü naxçıvanlıların heyətində keçirmiş portuqaliyalı “Ararat-Armeniya” ilə 1 illik müqavilə bağlayıb.
Paytaxt klubu UEFA Çempionlar Liqasında mübarizə aparır.
Qeyd edək ki, ötən mövsümü ölkəmizdə keçirmiş Domi Massumo ("Qəbələ"), Sezar Enrike və Vladislav Yeremeyev (hər ikisi "Şamaxı") də Ermənistana üz tutub.


