"Xəzər Lənkəran"ın yetirməsi Azərbaycan çempionuna keçdi
“Karvan-Yevlax”dan ayrılan İbrahim Qədirzadənin yeni klubu məlum olub.
"Mediasport" xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2-ci Liqanın çempionu “Xankəndi”yə keçib.
"Xəzər Lənkəran"ın yetirməsi ilə bir mövsümlük müqavilə bağlanıb.
Qədirzadə karyerası ərzində “Qarabağ” və “Neftçi”nin U-19 komandasında, “Kəpəz”, “Zaqatala” klublarında, Gürcüstanda isə “Samtredia”da forma geyinib.
Xatırladaq ki, "Xankəndi" yeni mövsüm 1-ci Liqada yarışacaq.


