AFFA Hövsan Yarış Kompleksinə vakansiyalar elan etdi - FOTO

AFFA Hövsan Yarış Kompleksinə vakansiyalar elan etdi - FOTO

AFFA Hövsan Yarış Kompleksinə vakansiyalar elan edib.

"Mediasport" xəbər verir ki, bu haqda məşhur jobsearch.az portalında elan yerləşdirilib.

Kompleks ərazində çalışmaq üçün inzibatçı, qeydiyyatçı, energetik, elektrik montyoru, bağban, xadimə, fəhlə və s. vakansiyalar üzrə əməkdaşlar axtarılır.

Xatırladaq ki, ərazisində 20 minifutbol meydançası olan Hövsan Yarış Kompleksi ötən ay tarixdə ilk dəfə Bakıda keçirilən FİFA U-15 Dünya Kuboku və Festivalına ev sahibliyi edib.